Məşhur restoranların sahibləri cəzalandırıldı - SİYAHI

 Məşhur restoranların sahibləri cəzalandırıldı -    SİYAHI
  30 Aprel 2024    Oxunub:811
Bakıda və bölgələrdə havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri və restoranların adları açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Movida Plaza", “Üzeyir", “Xudafərin”, “Neolit City", “Şahənşah”, “Qaynana", “Old Manqal", “Salam Baku", “Muğam Klub", “Səhər Mehi", “Nanə Pub", Sumqayıt şəhərində fəaliyyət göstərən “Yeni Həyat", “Romanse”, “Veqas", “Tərlan", ”Orman”, Gəncə şəhərində fəaliyyət göstərən "Tural", "Kəhraba", "Söyüdlük", Göygöl rayonunda fəaliyyət göstərən "Münasib", Samux rayonunda fəaliyyət göstərən "Çıraq Plaza" ictimai iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Aşkarlanan faktlarla bağlı qeyd olunan obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.
AzVision.az



Teqlər:





Xəbər lenti