“Tısbağa tanklar” Ukraynalı əsgərləri şoka salıb - "Forbes"

   “Tısbağa tanklar” Ukraynalı əsgərləri şoka salıb    - "Forbes"
  01 May 2024    Oxunub:809
Rusiya hərbçiləri müharibədə tez-tez "çar tankları" və ya "tısbağa tanklar" adlandırdıqları tanklardan istifadə etməyə başlayıblar.
Bu zirehli döyüş maşınlarının üstü və yanları əlavə dəmirlərlə örütülüb ki, dron hücumlarına qarşı dözümlü olsun. Tanklar Ukrayna hərbçilərini heyrətləndirirlər.

5-ci "Abrams"ın vurulma anı - VİDEO
Bu fikirlər "Forbes"də dərc olunan məqalədəndir.

Mütəxəssislər etiraf edirlər ki, kobud və müəyyən mənada vəhşi görünüşünə baxmayaraq, bu tanklar dronlara, artilleriya və tank əleyhinə raketlərə, eləcə də kaset sursatlarına qarşı effektivliyini sübut edib.

Nəşr onu da yazıb ki, ukraynalı dron operatorları döyüş meydanında “tısbağa tankları” ilə qarşılaşdıqda şoka düşüblər. Ekspertlər “Çar tanklarının” meydana çıxmasını Ukrayna münaqişəsinin qeyri-adi məqamlarından biri adlandırırlar.

Qeyd edək ki, ilk "tısbağa tank"lar hərbi əməliyyatların aktiv şəkildə aparıldığı Krasnoqorovka ərazisində peyda olub. Bu döyüş maşınları daha çox öndə gedərək digər zirehli texnikaları döyüşə meydanına aparan mühəndis tankı kimi çıxış edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tank   Rusiya  





Xəbər lenti