BMT nümayəndəsi: "Sülh və qlobal təhlükəsizlik üçün nəsillərarası dialoq zəruridir" - FOTOLAR

     BMT nümayəndəsi:     "Sülh və qlobal təhlükəsizlik üçün nəsillərarası dialoq zəruridir" -    FOTOLAR
  01 May 2024    Oxunub:693
Mayın 1-də Bakıda işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub.
AzVision.az xəbər verir ki, açılış nitqi söyləyən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Moratinos gənclərin radikal görüşlərə qarşı müqavimətinin artırılmasının zəruriliyini bildirib. Qeyd edib ki, Sivilizasiyalar Alyansında bu istiqamətdə təhlil aparılır, həmçinin təbliğat layihələri hazırlanır. Sivilizasiyalar Alyansının nümayəndəsi Anna Pavlyuçenkonun moderatorluğu ilə davam edən sessiyada İosif Brifel, Vera əl-Mövla, Atif Rəşid (Dialoq və dinlərarası şəbəkələr üçün imkanların artırılması proqramı – Böyük Britaniya), Ketrin Marponq (Mədəniyyətlərarası İnnovasiya Mərkəzi – İndoneziya), Alister Çarlz (Mədəniyyətlərarası İnnovasiya Mərkəzi – Cənubi Afrika), Grasian Mkandavire (Qlobal idman proqramı – Malavi) və Leyla Həsənovanın (COP29-un gənc iqlim çempionu) məruzələri dinlənildi.

Qeyd olundu ki, cəmiyyətlərdə radikallaşmanın qarşısını almaq üçün xüsusilə gənclərlə mütəmadi iş aparılmalı, mütərəqqi dəyərlərin təbliğatı genişləndirilməli, onların fikirləri dinlənilməlidir. Bildirildi ki, bu sahədə irəliləyişə nail olmaq üçün gənclərin idmanın müxtəlif sahələrinə yönləndirilməsi də böyük əhəmiyyət kəsb edir.

Sessiyanın sonunda Migel Moratinos səslənən fikirlərin, verilən mesajların əhəmiyyətini vurğuladı. Gənclərin zorakılıq və radikal düşüncələrinin qarşısının alınması üçün qlobal səviyyədə müxtəlif layihələr həyata keçirilməli və səylər birləşdirilməlidir. Bu məqsədlə mədəni alətlər işə salınmalı, incəsənət və idmanın imkanlarından istifadə olunmalıdır.

AzVision.az

Qalereya




Teqlər: VIÜmumdünyaMədəniyyətlərarasıDialoqForumu  





Xəbər lenti