“İtkin düşəndə 22 yaşı var idi. Türkiyədə hərbi təhsil alıb, vətənə qayıtdı. Leytenant idi. 30 mart 1993-cü ildə könüllü olaraq cəbhəyə getdi.
Həmin ilin aprel ayının 4-dən 5-nə keçən gecə Kəlbəcər rayonunun Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşdü və bir daha xəbər ala bilmədik. Çox axtardıq...
![](https://azvision.az/photos/2024/05/hafizsehid-1714634938.jpg)
10 il bundan öncə valideynlərindən DNT analizi götürülmüşdü. Çox şükür ki, həmin analizlər nəticəsində aprel ayında tapıldı.
Nəşini Gəncə şəhərində yerləşən şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn ediblərmiş".
Həmidə İbrahimova
AzVision.az