“Tesla” Hindistan şirkətini məhkəməyə verib

   “Tesla” Hindistan şirkətini məhkəməyə verib
  04 May 2024    Oxunub:498
“Tesla” Hindistan şirkətini ticarət nişanından qeyri-qanuni istifadə etdiyinə görə məhkəməyə verib.
Bu barədə “The Indian Express” qəzeti məlumat yayıb. Dehlinin peyk şəhəri olan Qurqaonun “Tesla Power India Ltd” şirkəti akkumulyator istehsalı ilə məşğuldur və Delaver ştatında da qeydiyyatdan keçib.

Sonuncu Dehli Ali Məhkəməsində Hindistan istehsalçısına qarşı "Tesla Power" və "Tesla Power USA" ticarət nişanlarından istifadə etdiyinə görə iş qaldırıb.

“Tesla”, Hindistan şirkətinin 2022-ci ildə özünə bənzər adlar istifadə etdiyini gördüyünü və bu təcrübəni dayandırmağı xahiş etdiyini, lakin sonunda şirkət məhkəməyə müraciət etməli olduğunu bəyan edib.

Hindistan şirkəti isə cavab verib ki, elektrik avtomobilləri istehsal etməyi planlaşdırmır və digər istehsalçıların elektrik avtomobillərini tanıtmaq üçün ticarət nişanlarında “Tesla” və ya oxşar ifadələrdən istifadə edir.

Məhkəmə şirkətə yazılı cavab hazırlamaq üçün üç həftə vaxt verib və növbəti iclas mayın 22-nə təyin edilib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti