Yasamalda motosiklet oğurları ələ keçdi - VİDEO

Yasamalda motosiklet oğurları ələ keçdi -    VİDEO
  06 May 2024    Oxunub:768
Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Yasamal rayonunda vətəndaşlardan birinə məxsus dəyəri 3 000 manat olan motosikletin naməlum şəxslər tərəfindən oğurlandığı barədə polisə məlumat daxil olub.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən Abşeron rayon sakinləri Nurlan Kərəmov, Kənan Səlimov və Eltun Nəcəfov saxlanılıblar. Saxlanılanların törətdiyi oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı paytaxt ərazisində taksi sürücülərinə qarşı dələduzluq edərək onların mobil telefon və pul vəsaitlərini ələ keçirən əvvəllər oğurluq, dələduzluq, eləcə də narkotiklərlə bağlı cinayətlərə görə dəfələrlə məhkum olunmuş Anar İmanov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkar olunaraq götürülüb. A.İmanovun paytaxtın müxtəlif ərazilərində taksi sürücülərinə qarşı dələduzluq etdiyi müəyyən olunub.

A.İmanov, N.Kərəmov, K.Səlimov və E.Nəcəfov analoji əməllərdə iştiraklarının olub-olmaması araşdırılır. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.



AzVision.az



Teqlər:





Xəbər lenti