Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs edilib

   Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs edilib
  07 May 2024    Oxunub:673
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılır.

İş üzrə Məhəbbət Abdullayev və Vidadi Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxan məhkəmənin qərarı ilə hər iki şəxs barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Məhəbbət Abdullayev barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müvafiq qərardan verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmuş və təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

AzVision.az


Teqlər: Baş-Prokurorluq   cinayət  





Xəbər lenti