İcra başçısının müavini vəfat etdi
![İcra başçısının müavini vəfat etdi
İcra başçısının müavini vəfat etdi](https://azvision.az/photos/2024/05/1715251149.jpg)
Məlumata görə, 64 yaşlı xanım müavin son illər onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. Tanınmış pedaqoq, tarix elmləri namizədi olan Zərinə Cavadova 2006-cı ildən Şəki şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.
AzVision.az
Teqlər: