Astana, Bakı və Daşkənd enerji sistemlərini inteqrasiya etdirəcək

      Astana, Bakı və Daşkənd enerji sistemlərini inteqrasiya etdirəcək
  10 May 2024    Oxunub:759
Qazaxıstan, Azərbaycan və Özbəkistan Avropa İttifaqı ölkələrinə yaşıl enerji satmaq üçün enerji sistemlərinin inteqrasiyası və Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlayıblar.
Bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev brifinqdə bildirib. Onun sözlərinə görə, təmiz elektrik enerjisi almaqda maraqlı olduqlarını bildirmiş Avropa İttifaqı ölkələri ilə ilkin işlər aparılıb.

"Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi haqqında saziş imzalayıblar ki, bu da bizə premium bazarları təmiz, bərpa olunan enerji ilə təmin etməyə imkan verəcək. Söhbət kifayət qədər böyük həcmdə investisiyadan gedir".

Nazir əlavə edib ki, elektrik enerjisinin ixracı üçün Xəzər və Aral zonasının külək potensialından istifadə edilməsi planlaşdırılır:

"İndi biz layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlamışıq, ona uyğun olaraq tikinti müddəti müəyyən ediləcək. İlin sonuna kimi texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə bağlı ilkin nəticələri almağı planlaşdırırıq".

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti