“Arsenal” yenidən zirvəyə yüksəlib

“Arsenal” yenidən zirvəyə yüksəlib
  12 May 2024    Oxunub:814
Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci turun növbəti oyunu keçirilib.
AzVision.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Arsenal” səfərdə “Mançester Yunayted”lə üz-üzə gəlib.

Oyun “Topçular”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1. Oyunda yeganə qolu matçın 20-ci dəqiqəsində Trossar vurub.

Bu qələbədən sonra xallarının sayını 86-ya çatdıran “Arsenal” turnir cədvəlində liderliyi ələ keçirib. Ondan bir oyun az keçirən “Mançester Siti” isə 85 xalla ikincidir.

Bu məğlubiyyətsən sonra “Mançester Yunayted” 54 xalla 8-ci pillədə qaıb və növbəti mövzum avrokuboklarda oynamaq şansını xeyli azaldıb.
AzVision.az


Teqlər:





Xəbər lenti