Ukraynalılar Kiyevin müdafiəsinə hazırlaşırlar

   Ukraynalılar    Kiyevin müdafiəsinə    hazırlaşırlar
  13 May 2024    Oxunub:791
Ukrayna Silahlı Qüvvələri (USQ) on yeni briqada yaratmağa hazırlaşır ki, onlardan da bəziləri Rusiyanın hücum edəcəyi halda paytaxt Kiyevin müdafiəsinə cəlb olunacaq.
AzVision.az xəbər verir ki, Ukraynanın Quru qoşunlarının komandanı Aleksandr Pavlyuk “The Economist” nəşrinə müsahibəsində Rusiyanın Kiyevi tam şəkildə tutmaq ideyasından heç vaxt imina emədiyini bildirib.

“Şərqdə vəziyyət nə qədər çətin olsa da, Kiyevin müdafiəsi bizim əsas vəzifələrimizdən biri olaraq qalır. Bu, Ukraynanın ürəyidir və biz bilirik ki, paytaxtın müdafiəsi gələcəkdə hansı rolu oynayacaq” , - Pavlyukin vurğulayıb.

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ilk aylarında Kiyevin müdafiəsinə rəhbərlik etmiş Pavlyuk sonra şəhər hərbi idarəsinin sədri vəzifəsində çalışıb. Onun sözlərinə görə, bu gün Rusiya təhlükəsi müharibənin əvvəlində olduğundan əsaslı şəkildə fərqlənir. Çoxlu silah-sursata malik olmayan Rusiyanın artıq bir neçə cəbhədə genişmiqyaslı hücumlar həyata keçirə bilmir.

Buna görə də, Moskva üçün əsas hücum istiqaməti Luqansk və Donetsk vilayətləri olacaq. Bununla yanaşı, şimal istiqamətində Xarkov və Sumı vilayətlərinə zərbələr endirən Rusiya Ukraynanın müdafiə xəttini uzatmağa çalışır.

- Rusiya ən əlverişli istiqaməti seçməzdən əvvəl bizim müdafiə xətlərimizin sabitliyini yoxlayır” , - ukraynalı komandan deyib.

Aleksandr Pavlyuk qeyd edib ki, müharibənin kritik mərhələsi yaxın iki ay ərzində yaşana bilər. Belə ki, Rusiya ordusu “kifayət qədər silahı olmayan Ukrayna qoşunlarını sınaqdan keçirmək üçün” bütün mövcud döyüş texnikasını döyüşə atıb. Lakin Amerika hərbi yardımının tezliklə cəbhəyə gəlməsi Ukrayna Silahlı Qüvvələrinin müdafiə qüdrətini artıracaq ki, bu da, öz növbəsində Rusiyanın hücum potensialını zəiflədəcək.

Hələlik isə, Ukrayna prezidenti Volodomir Zelenski Baş Qərargahdan və xüsusilə də Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırskidən Xerson və Odessa istiqamətlərindən maksimum sayda hərbi texnikanın və canlı qüvvənin çıxarılaraq Xarkova göndərilməsini tələb edib. Onlar burada tez bir zamanda yeni tikilmiş qalalar üçün ərazi müdafiəsini formalaşdırmalıdırlar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Kiyev   müdafiə  





Xəbər lenti