Ruhi xəstələr Nyu-York küçələrini nəzarətə götürüb

  Ruhi xəstələr Nyu-York küçələrini nəzarətə götürüb
  13 May 2024    Oxunub:925
Nyu-Yorkun bəzi rayonlarının sakinləri ruhi xəstəlikdən əziyyət çəkən evsiz insanların aqressiv davranışları ilə üzləşirlər.
Bu barədə New York Post məlumat yayıb. Nəşrin məlumatına görə, şəhərdə ruhi xəstə avaralardan ibarət kiçik bir qrup məhəllələri və tranzit qovşaqlarını nəzarətə götürüb. Onlar polis tərəfindən saxlanılaraq müalicəyə göndərilirlər, lakin tezliklə sərbəst buraxılaraq adi işlərinə qayıdırlar.

Belə ki, qəzetin yazdığına görə, adına 37 həbsi olan evsizlərdən biri nəzarətə götürülərək xəstəxanaya yerləşdirilsə də, bir neçə gün, hətta saatlardan sonra sərbəst buraxılıb və yenidən küçədə qalıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti