Gürcüstan parlamentində əlbəyaxa dava - Video

   Gürcüstan parlamentində əlbəyaxa dava -    Video
  14 May 2024    Oxunub:507
Gürücstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” mübahisəli qanunun qəbulu ilə bağlı müzakirələr zamanı deputatlar arasında dava düşüb.
AzVision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının deputatları ilə müxalifət arasındakı mübahisə əlbəyaxa davaya çevrilib.

Deputat Dito Samxaradze "Milli Hərəkat" partiyasından olan həmkarı Levan Xabeişvilinin çıxışı zamanı ona öz iradlarını bildirib, ardınca isə təhqirlə danışıb. Müxalif deputatlar isə öz növbəsində ona cavab veriblər.

Daha sonra Samxaradze müxalifətçi deputatlara doğru butulka atıb və bu, əlbəyaxa davaya səbəb olub.

Hazırda iclas zalında vəziyyət sakitləşib və parlament öz işinə qayıdıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti