Ağdamda evdən pul oğurlayan şəxs saxlanılıb

Ağdamda evdən pul oğurlayan şəxs saxlanılıb
  16 May 2024    Oxunub:640
Ağdam Rayon Polis Şöbəsinə rayonun Çəmənli kəndi ərazisində yerləşən evlərdən birindən 10 300 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Xaliq İsmayılov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə X.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti