"Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

   "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"
  16 May 2024    Oxunub:1215
Azərbaycan azad olunan ərazilərdə Belarusun şirkətlərini görmək istəyir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniştərkibli görüş zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, qarşılıqlı fəaliyyətin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görmək olar:

“Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər”.

AzVision.az


Teqlər:





Xəbər lenti