Slovakiyanın baş naziri növbəti dəfə əməliyyat olunacaq

   Slovakiyanın baş naziri növbəti dəfə əməliyyat olunacaq
  16 May 2024    Oxunub:820
Slovakiyanın güllələnən baş naziri Robert Fitso ikinci dəfə əməliyyat olunacaq. Bu barədə “Pravda” xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, çərşənbə günü beş saat davam edən əməliyyat zamanı həkimlər Fitsonun qarın boşluğundakı qanaxmanı dayandıra biliblər. Slovakiyanın əmək naziri Erik Tomas isə bildirib ki, Fitsonun vəziyyəti ağırdır. Baş nazir çanaq-bud oynağından əməliyyat olunacaq.

Slovakiya mediası Fikoya qarşı sui-qəsdin Slovakiyanın siyasi həyatına əhəmiyyətli dərəcədə təsir edəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, Robert Fitsoya qarşı sui-qəsd cəhdi çərşənbə günü Bratislavadan 190 kilometr aralıda yerləşən Gandlova şəhərində hökumətin iclasından sonra baş verib. Baş nazir helikopterlə xəstəxanaya aparılıb. Daxili İşlər Nazirliyi Fitsonun vəziyyətinin ağır olduğunu bildirib.

Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsdin ölkəcə məşhur 71 yaşlı yazıçı, "Mütərəqqi Slovakiya" müxalifət partiyasının tərəfdarı Yuray Çintula tərəfindən həyata keçirildiyi müəyyənləşib. Şahidlər onun hücumdan qabaq Baş nazirə "Robo, bura gəl!" dediyini eşidiblər.

Sui-qəsdi törədən yazıçı hadisə yerindəcə saxlanılıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti