Zelenski Olimpiada zamanı atəşkəsə razı olmayıb

  Zelenski Olimpiada zamanı atəşkəsə razı olmayıb
  18 May 2024    Oxunub:964
Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə keçirilən Olimpiya Oyunları zamanı Fransa prezidenti Emmanuel Makronun Olimpiya atəşkəs çağırışını rədd edərək, bunun Rusiya ordusunun Ukraynaya qoşun və texnika köçürməsinə kömək edə biləcəyini deyib.
O qeyd edib ki, Makronun çağırışına cavab olaraq Fransa liderindən “Rusiya Federasiyasının bu müddətdən istifadə edərək ərazimizə qoşun yeritməyəcəyinə kim zəmanət verə bilər” sualını verib.

Zelenski vurğulayıb ki, Ukrayna düşmənin xeyrinə işləyən hər hansı atəşkəsə qarşıdır.

Mayın 17-də Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin danışıqlar zamanı Emmanuel Makronun təklif etdiyi Olimpiya barışığı ideyasını müzakirə ediblər. Rusiya dövlətinin başçısı vurğuladı ki, Oyunlar zamanı hərbi əməliyyatların dayandırılması ideyası düzgün və müsbətdir, lakin bu prinsipə çox vaxt az adam əməl edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti