İbrahim rəisi və heyəti həlak olub

   İbrahim rəisi və heyəti həlak olub
  20 May 2024    Oxunub:1442
Tasnim agentliyi yazır ki, İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların şəxsiyyətinin müəyyən edilməsi prosesinə başlanılıb.
Qeyd edilir ki, helikopterinin qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub.


***
İran dövlət televiziyası prezident Rəisinin vəfatı barədə rəsmi məlumat yayıb.

***
İran vitse-prezidenti Mənsuri prezident Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib.
***
Mehr Agentliyi yazır ki, İran prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olub.

Bildirilir ki, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də vəfat edib.
****
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib.

“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, - o deyib. Təyyarədə həmçinin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti