İranda 5 günlük matəm: Dəfn sabah olacaq

   İranda 5 günlük matəm:    Dəfn sabah olacaq
  20 May 2024    Oxunub:774
İranda 5 günlük matəm elan edilib.
Bununla bağlı İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin müraciətində qeyd edilib. Bundan başqa İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

AzVision.az


Teqlər:





Xəbər lenti