İlham Əliyev Ərdoğanla danışıb - YENİLƏNİB

   İlham Əliyev Ərdoğanla danışıb -  YENİLƏNİB
  20 May 2024    Oxunub:1058
Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng vurub.
Prezidentin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə etdi və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb.

Söhbət zamanı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

* * *

20:24
Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, danışıq zamanı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər bağlı fikir mübadiləsi aparılıb.

Ərdoğan Azərbaycan və Ermənistan arasında müsbətə doğru sülh prosesindən məmnunluğunu dilə gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   Prezident   telefon-danışığı  





Xəbər lenti