COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib
![COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib
COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib](https://azvision.az/photos/2023/10/milli-meclis_700x390_17_700x390-1696579752.jpg)
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
AzVision.az
Teqlər: