Miqrasiya Xidməti Moldova DİN ilə əməkdaşlıq edəcək - FOTOLAR

 Miqrasiya Xidməti Moldova DİN ilə əməkdaşlıq edəcək -  FOTOLAR
  25 May 2024    Oxunub:1123
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Moldovanın daxili işlər naziri Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AzVision.az -a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, xidmət rəisi ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən miqrasiya sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. 2007-ci ildə imzlanan “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edən Xidmət rəisi illər ərzində qurulmuş səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.


Vüsal Hüseynov Azərbaycanda miqrasiya idarəetmə sistemi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, miqrasiya proseslərinin idarəolunmasında tətbiq edilən yeniliklər, miqrasiya məsələləri üzrə potensialın artırılması istiqmətində həyata keçirilən tədbirlər barədə məlumat verib.


Xidmət rəisi miqrasiya proseslərinin daha səmərəli tənzimlənməsi üçün miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və xarici dövlətlərin müvafiq orqanları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyətindən danışıb. Xüsusilə Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi ilə birlikdə həyata keçirdiyi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində reallaşdırılan təlimlərin regionda miqrasiya sahəsində təhsil və təlim prosesinə, bu sahədə mütəxəssislərin hazırlanmasına töhfəsini qeyd edib. Həmçinin layihədə Moldovanın fəal iştirakını və bu istiqamətdə əməkdaşlığın daha da gücləndirilməsini yüksək qiymətləndirib.


Görüş çərçivəsində Dövlət Miqrasiya Xidməti və Moldovanın Daxili İşlər Nazirliyi arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikasının Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanlıb. Hər iki sənəd gələcəkdə miqrasiya sahəsində ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsi, miqrasiya dialoqunun dəstəklənməsi, miqrasiya sahəsində birbaşa məlumat mübadiləsinin təmin edilməsi, qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin kimi səciyyələndirilib.



AzVision.az


Teqlər: Miqrasiya  





Xəbər lenti