Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur

   Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur
  26 May 2024    Oxunub:648
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AzVision.az -a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.

"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - baş mühəndis deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti