NATO Qərbi Ukrayna üzərində səmanın bağlanması imkanlarını müzakirə edir

  NATO Qərbi Ukrayna üzərində səmanın bağlanması imkanlarını müzakirə edir
  27 May 2024    Oxunub:932
Bəzi NATO ölkələri Kiyevə dəstəyi genişləndirməyə və birbaşa Ukrayna ərazisində fəaliyyət göstərməyə hazırdır.
AzVision.az xəbər verir ki bu barədə məlumatı "Bild" nəşri yayıb. Estoniya, Böyük Britaniya, Polşa, Kanada, Litva və Fransa yardımın genişləndirilməsinin tərəfdarı olsalar da ABŞ və Almaniya buna qarşı çıxır. Hələlik yekun qərar yoxdur, lakin eyni vaxtda bir neçə sahə üzrə danışıqlar aparılır.

Ukrayna Silahlı Qüvvələri əsgərlərinin NATO təlimatçılarının Ukrayna ərazisində təlim keçməsi müzakirə edilir. Həmçinin, Bild-in yazdığına görə, Böyük Britaniya, Kanada və Estoniya da daxil olmaqla bir sıra NATO ölkələri gələcəkdə silah və sursatları təkcə Ukrayna sərhədlərinə deyil, həm də daha da cəbhə xəttinə çatdırmağa hazırdır. Hazırda bir sıra Qərb ölkələrində “qabaqcıl logistika” konsepsiyası hazırlanır.

Qərbi Ukraynanın hava məkanının NATO-nun zenit sistemləri ilə qorunması da müzakirə olunur. “Genişləndirilmiş hava hücumundan müdafiə”nin təşəbbüskarı Polşadır, lakin hələlik yekun qərar yoxdur.

Elnur Məmmədov
AzVision.az




Teqlər: #Ukranya#Nato  





Xəbər lenti