Ağdamın Şotlanlı kəndinə 205 ailənin köçürülməsi planlaşdırılır
![Ağdamın Şotlanlı kəndinə 205 ailənin köçürülməsi planlaşdırılır
Ağdamın Şotlanlı kəndinə 205 ailənin köçürülməsi planlaşdırılır](https://azvision.az/photos/2024/05/1716894416.jpg)
Bildirilib ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır.
Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.
AzVision.az
Teqlər: