Sahibə Qafarova ada dövlətlərinin Beynəlxalq Konfransında iştirak edib - FOTOLAR

Sahibə Qafarova ada dövlətlərinin Beynəlxalq Konfransında iştirak edib -    FOTOLAR
  28 May 2024    Oxunub:1034
Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransı keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox qonaq iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, beynəlxalq tədbirdə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

O bildirib ki, ölkəmizdə keçiriləcək COP-29-un rəhbər heyəti də konfransda iştirak edir və Azərbaycan heyəti bütün tərəflərlə görüşməyə, onları dinləməyə, həmçinin qaldırılacaq məsələlərin COP29 planlarında əks olunmasını təmin etməyə hazırdır.

AzVision.az

Qalereya




Teqlər: Milli-Məclis   konfrans  





Xəbər lenti