Bakıda döyüş tətbiqinə yararlı qumbaralar aşkarlanıb

Bakıda döyüş tətbiqinə yararlı qumbaralar aşkarlanıb
  29 May 2024    Oxunub:716
Bakıda döyüş tətbiqinə yararlı əl qumbaraları və partladıcılar aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti