Fatimə Mövlamlı və Nicat İsmayıl buraxılıblar - YENİLƏNİB

  Fatimə Mövlamlı və Nicat İsmayıl buraxılıblar -  YENİLƏNİB
  29 May 2024    Oxunub:1007
Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan şəxslər sərbəst buraxılıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AzVision.az-a bildirilib ki, onlarla profilaktik iş aparılıb və sərbəst buraxılıblar.

* * *

16:17
Bloger Fatima Mövlamlı və ictimai fəal Nicat İsmayıl Qəbələdə polis tərəfindən saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.

“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, - məlumatda deyilir.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti