Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb - FOTO

   Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb -    FOTO
  29 May 2024    Oxunub:824
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülərlə görüşüb.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Türkiyə   görüş  





Xəbər lenti