Milli Qəhrəmanın oğlu ilə arxiv FOTOSU

  Milli Qəhrəmanın oğlu ilə arxiv  FOTOSU
  30 May 2024    Oxunub:897
Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atası ilə arxiv şəklini paylaşıb.
AzVision.az xəbər verir ki, Milli Qəhrəmanın oğlu uşaqlıq illərində lentə alınan fotoda məclislərin birində atasının qucağında əyləşib.



Xatırladaq ki, İlqar Mirzəyev 2020-ci ilin iyulun 14-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən ön xəttdə şəhid olub. Onun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

2020-ci ilin dekabrın 9-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla polkovnik İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Aygün Xankişiyeva
AzVision.az



Teqlər:





Xəbər lenti