Kobaxidze: Gürcüstanda Maydan hərəkatı olmayacaq

      Kobaxidze:    Gürcüstanda Maydan hərəkatı olmayacaq
  30 May 2024    Oxunub:865
"Gürcüstanda Maydan hərəkatı olmayacaq". AzVision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. O, Litva, Estoniya və İslandiya xarici işlər nazirlərinin Tbilisidə müxalifətin mitinqində iştirakını qeyri-ciddi addım adlandırıb.
“Xarici işlər naziri öz hökumətindən xəbərsiz Gürcüstanda müxalifətin mitinqində iştirak edirsə, bu, strukturda ciddiliyin olmadığını göstərir. Lakin bu, onların işidir”, - Kobaxidze jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş nazir xarici siyasətçilərin Ukraynada baş verən Maydan hərəkatı ilə Tbilisidə son həftələr baş verən hadisələr arasındakı bənzərliklə bağlı çıxışlarına da cavab verib.

“Mən hər kəsə demək istəyirəm ki, Gürcüstanda heç kim Maydanı görməyəcək”, - Kobaxidze bildirib.

O, Maydan hərəkatının Ukrayna üçün nəticələrini xatırladıb.

“Maydandan sonra Ukrayna hakimiyyəti faktiki olaraq iki dəfə kənardan təyin olundu. Ancaq bu təyinatı edənlər sonrakı hadisələrə görə heç bir məsuliyyət daşımadı. 2013-cü ilə qədər Ukrayna ərazi bütövlüyü və 200 milyard dollarlıq iqtisadiyyatı olan bir dövlət idi. Bu gün Ukrayna dağılıb və yenə də buna görə heç kim cavabdeh deyil”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti