DİN-ə kart məlumatlarının oğurlanması ilə bağlı 23 fakt daxil olub

   DİN-ə kart məlumatlarının oğurlanması ilə bağlı 23 fakt daxil olub
  30 May 2024    Oxunub:1207
"Bank kartlarından pulu oğurlanan insanları unutmayın. Dünən də ayrı-ayrı vətəndaşların bank kartı məlumatlarını aldadıb almaqla 23 fakt üzrə polisə müraciət daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

"Məbləğlər - 11000, 230, 1300, 500, 300, 23, 480, 385, 1050, 907, 917, 5400, 50, 310, 42, 17, 280, 1042, 364, 1050, 2500, 544, 367 manat olub. Kartda olan məbləğin azlığına-çoxluğuna baxılmır. Nə qədər varsa oğurlanır. Əgər kartınızda pul yoxdursa, naməlum şəxs sizə geri zəng edib başqa kart məlumatları istəyəcək. Diqqətli olun", - o vurğulayıb.

AzVision.az


Teqlər: DİN   xəbərdarlıq  





Xəbər lenti