Zaqatalada fərdi yaşayış evini ildırım vurub

Zaqatalada fərdi yaşayış evini ildırım vurub
  01 İyun 2024    Oxunub:648
Zaqatalada altıotaqlı fərdi yaşayış evini ildırım vurub.
AzVision.az apa-ya istinadən xəbər verir ki, hadisə saat 3:53-də rayonun Yuxarı Tala kəndində baş verib.

Kənd sakini Maarif Hacımusa oğlu Aslanova məxsus, ümumi sahəsi 182 kv.m olan fərdi yaşayış evinə ildırım düşüb.

Daha sonra evdə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti