Netanyahu: Qəzzada daimi atəşkəs şərtləri dəyişməzdir

      Netanyahu:    Qəzzada daimi atəşkəs şərtləri dəyişməzdir
  01 İyun 2024    Oxunub:856
Qəzzada hərbi əməliyyatın məqsədlərinə çatana qədər İsrail daimi atəşkəs təklifləri ilə razılaşmayacaq.
TASS xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişməz hesab edir.

Bu şərtlərə HƏMAS-ın hərbi və inzibati imkanlarının məhv edilməsi, bütün girovların azad edilməsi və Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmamasının təmin edilməsi daxildir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti