Eyfel qülləsi yaxınlığına beş tabut qoyuldu - Foto

   Eyfel qülləsi yaxınlığına beş tabut qoyuldu -    Foto
  02 İyun 2024    Oxunub:811
Polis Eyfel qülləsi yaxınlığında üzərinə “Ukraynada öldürülən fransız əsgərləri” yazılmış beş boş tabut qoyan üç nəfəri saxlayıb. Bu barədə Le Figaro qəzeti məlumat yayıb.
Bildirilib ki, qüllənin yaxınlığına qoyulan tabutlar Fransa bayraqlarına bükülüb.

Nəşr yazır ki, tabutları mikroavtobusda Parisin mərkəzinə aparanlar bolqar, ukraynalı və alman əsilli şəxslər olublar. Paris prokurorluğu cinayət işi açıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti