Avstraliya XİN: "Qəzzadakı bəşəri faciə yolverilməzdir"

   Avstraliya XİN:    "Qəzzadakı bəşəri faciə yolverilməzdir"
  03 İyun 2024    Oxunub:693
Avstraliyanın xarici işlər naziri Penni Vonq İsrail-HƏMAS müharibəsi üçün ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü atəşkəs təklifini dəstəklədiyini dilə gətirib.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

Xanım nazir Qəzza zolağında, xüsusən də cənubda yerləşən Rəfəh şəhərində vəziyyətin günbəgün ağırlaşdığını diqqətə çatdıraraq, İsrail hökumətini hücumları dayandırmağa, həmçinin HƏMAS terror qruplaşmasını əsirləri azadlığa buraxmağa çağırıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden ötən günlərdə Qəzza zolağında hər iki tərəfi də silahı yerə qoymaqla bağlı razılığa gətirəcək "yeni və qətiyyətli", üçmərhələli atəşkəs təklifi verib. Bir sıra ölkə rəhbəri, o cümlədən Fransa Prezidenti Emmanuel Makron da bu təklifi alqışladığını vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avstraliya   ABŞ   Qəzza   atəşkəs  





Xəbər lenti