Starmer: "Rusiya tankları Avropaya doğru irəliləyir" - FOTO

         Starmer:       "Rusiya tankları Avropaya doğru irəliləyir" -    FOTO
  03 İyun 2024    Oxunub:687
"Postmüharibə dövrü artıq başa çatıb. İndi "yeni təhlükəsizlik dövrü" ilə üz-üzəyik".
AzVision.az xəbər verir ki, bu sözləri Britaniyanın Leyboristlər Partiyasının sədri, ölkənin müxalifət rəhbəri Kir Starmer partiyanın seçki kampaniyası üzrə Beri şəhərində çıxışı zamanı deyib.

"Ömrüm boyu heç ağlıma gəlməzdi ki, Avropada yenidən müharibənin dəhşətini görərəm. Hərçənd indi Rusiya tankları Avropanın mərkəzinə irəliləyir. Məsələ təkcə ümumi mənada müharibə deyil, biz millətimizi hücum çəkib zəiflətməyə çalışan bədxahlara qarşı çıxmalıyıq. Yalnız hava, quru və su üzərində ənənəvi hücumlarla yox, eyni zamanda, enerji təchizatımıza müxtəlif hədələr və kiberhücumlarla da mübarizə aparmalıyıq", - müxalifət lideri vurğulayıb.

(Leyboristlər Partiyasının seçki kampaniyası üzrə konfransı)

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   Avropa   Rusiya   müharibə  





Xəbər lenti