Qırğızıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək

   Qırğızıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək
  03 İyun 2024    Oxunub:805
Bu gün Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev Azərbaycana rəsmi səfərə gələcək.
AzVision.az bu barədə Qırğızıstan parlamentinə istinadən xəbər verir.

Səfər çərçivəsində Nurlanbek Şakiyev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparacaq.

Parlament nümayəndə heyətinin tərkibinə deputatlar Saidbek Zulpuyev, Çolpon Sultanbekova, Nurjiqit Kadırbekov, Ulanbek Bakasov, Taalaybek Sarıbaşov, Dastanbek Cumabekov, Kubanıçbek Samakov, Mirlan Samıykojo və Parlament Aparatının rəhbəri Alaybek Alımbayev də daxildir.

Elnur Məmmədov

AzVision.az


Teqlər: Qırğızıstan   MilliMəclis   Parlament  





Xəbər lenti