Türkiyə prezidenti: "Naxçıvandan elektrik enerjisinin ixracını hədəfləyirik"

    Türkiyə prezidenti:  "Naxçıvandan elektrik enerjisinin ixracını hədəfləyirik"
  04 İyun 2024    Oxunub:676
"Azərbaycan və Türkiyə bərpa olunan enerji, yeni texnologiyalar və enerji resurslarının müxtəlifliyi sahəsində əməkdaşlığı gücləndirir".
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində deyib. Ərdoğanın mrücaiətini enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.

"Biz Naxçıvan vasitəsi ilə elektrik enerjisinin ixracını və İğdır-Naxçıvan Təbii Qaz Kəməri layihələrini ən qısa zamanda başa çatdırmağı hədəfləyirik.

Biz Cənubi Qafqazda daimi sülh və sabitlik nəticəsində yaranacaq hüzur və rifahın təmin edilməsi istiqamətində fəaliyyətimizi əzmlə davam etdiririk.

Azərbaycan və Ermənistan arasında son vaxtlar müşahidə edilən müsbət irəliləyişləri alqışlayıram və bir daha qeyd etmək istərdim ki, imzalanacaq sülh sazişini regionun gələcəyi üçün tarixi fürsət kimi görürük”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti