Xaçmazda məktəbli bıçaqlanıb - Rəsmi

  Xaçmazda məktəbli bıçaqlanıb -   Rəsmi
  04 İyun 2024    Oxunub:763
31 may tarixində axşam saat 22:00 radələrində Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbinin 10-cu sinif şagirdi eyni məktəbdə oxuyan həmyaşıdına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən AzVision.az -a bildirilib.

Qeyd olunub ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib:

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb".

AzVision.az


Teqlər:





Xəbər lenti