Fidan: "Orta Dəhliz"in əhəmiyyəti günbəgün artır"

      Fidan:    "Orta Dəhliz"in əhəmiyyəti günbəgün artır"
  04 İyun 2024    Oxunub:613
"Rusiya-Ukrayna müharibəsi və Qəzza zolağında münaqişə fonunda dəyişən geosiyasi şəraitdə "Orta Dəhliz" layihəsi daha çox əhəmiyyət qazanmaqdadır".
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin XİN rəhbəri Hakan Fidan çinli həmkarı Van Yi ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Orta Dəhliz" Qara və Aralıq dənizi hövzələrinə, eləcə də Avropa və Afrikaya fasiləsiz və sürətli çıxış imkanı yaradır. Nazir bildirib ki, bu alternativ dəhlizin fəaliyyəti sayəsində Avropa və Asiya arasında quru səfərləri 2 min km, dəniz yolu isə 15 gün azalıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Çin   Orta-Dəhliz  





Xəbər lenti