Polşa XİN başçısının müavini Bakıya gəlib

   Polşa XİN başçısının müavini Bakıya gəlib
  04 İyun 2024    Oxunub:735
Polşa xarici işlər nazirinin müavini Marek Pravda ölkəmizə işgüzar səfər edib.
AzVision.az bu barədə Polşanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

Nazir müavininin səfərinin məqsədi Azərbaycan və Polşa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrdə iştirak etməkdir.

Səfər çərçivəsində Marek Pravda Bakıda Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyub.

Aygün Xankişiyeva
AzVision.az


Teqlər:





Xəbər lenti