İsrail Livana qarşı böyük əməliyyata başlayıb - FOTO/VİDEO - YENİLƏNİB

 İsrail Livana qarşı böyük əməliyyata başlayıb -  FOTO/VİDEO -  YENİLƏNİB
  05 İyun 2024    Oxunub:1746
İsrail Livanın cənubunda yerləşən Kəfrşuba və Eyta Əş-Şəb kəndlərini yandırıcı mərmilərlə atəşə tutub.
AzVision.az xəbər verir ki, Livanın milli xəbər agentliyi faktı təsdiqləyib.

Atəş nəticəsində ətraf meşələrdə yanğınlar başlayıb.

* * *

12:42
"Kim bizə zərər verə biləcəyini və əlimizi yanımıza salıb oturacağımızı düşünürsə, ciddi səhvə yol verib".
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Livanla sərhədinə - Kiryat Şmona şəhərinə səfəri zamanı bildirib.

(İsrailin Baş naziri Benyamin Netanyahu hərbçilərlə birgə Kiryat Şmon şəhərində)

Bu gün səhər saatlarında Livandakı "Hizbullah" obyektləri hücum fonunda İsrailin Baş Qərargah rəisi Herzi Halevi də sözügedən əməliyyatı nəzərdə tutaraq, "Təyinat nöqtəsinə yaxınlaşırıq" demişdi.

(İsrailin Baş Qərargah rəisi Herzi Halevi)

* * *

11:02
İsrail Hərbi Hava Qüvvələri gecə boyu baş tutan hücumlarda Livanda "Hizbullah" terror təşkilatına məxsus iki raket buraxılış məntəqəsi və üç hərbi qərargah binasını hədəfə alıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidmətindən bildirilib.

İsrailin Baş Qərargah rəisi Herzi Halevinin sözlərinə görə, ölkənin şimalında "Hizbullah"a qarşı əməliyyat başlanılıb.

İlkin hücumlar Livanın cənubunda yerləşən Zəbqin, Eyta Əş-Şəb, Üdeysə, Bəlida və Mərkəba kəndlərinə tuşlanıb.
"Hizbullah" rəsmisi: "Hər an döyüşə hazırıq"

Öz növbəsində, terror təşkilatının sədr müavini Nəim Qasım ötən gün:

"Əməliyyatlarımızın əhatəsini genişləndirmək niyyətində deyilik, lakin lazım gələrsə, hər addıma hazırıq", - deyərək İsrailə xəbərdarlıq ünvanlamışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah  





Xəbər lenti