"Bayden hələ ki Putinlə danışıqlar aparası deyil"

   "Bayden hələ ki Putinlə danışıqlar aparası deyil"
  06 İyun 2024    Oxunub:501
"ABŞ Prezidenti Co Bayden özünü rəqibi Donald Trampa qarşı güclü, qətiyyətli və ağlı başında göstərməyə çalışır".
AzVision.az xəbər verir ki, bu sözləri Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun direktoru, tarix professoru və siyasi mütəxəssis Peter Kuznik "TASS" agentliyinə müsahibəsində söyləyib.

O, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə dilə gətirdiyi fikirlərə şərh bildirib.

"Putin (Ukrayna məsələsində - red.) danışıqlara hazırdır, lakin Bayden zəif görünməkdən qorxduğu üçün, yəqin ki, hələ noyabr seçkilərinədək həmkarının təklifinə müsbət cavab verməyəcək. Digər tərəfdən, Bayden rəqibi Trampa da fürsət yaratmaq istəmir ki, onu yenə yaşına görə qınasın", - mütəxəssis vurğulayıb.

(Tarix professoru və siyasi mütəxəssis Peter Kuznik)

Onun sözlərinə görə, məhz noyabradək Ukrayna üzrə danışıqlar baş tutmasa, vəziyyət daha da ağırlaşacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna  





Xəbər lenti