Tramp: "Bu bəyanatlar 3-cü dünya müharibəsi yaradacaq"

   Tramp:   "Bu bəyanatlar 3-cü dünya müharibəsi yaradacaq"
  06 İyun 2024    Oxunub:589
Ukrayna ordusunun Qərb dövlətlərinin silahları ilə Rusiyaya zərbə endirə biləcəyi ilə bağlı bəyanatlar Üçüncü Dünya Müharibəsinə gətirib çıxarır.
AzVision.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Tramp: "Yəhudi siyasətçi özünü fələstinli kimi aparır" - FOTOLAR
Siyasətçinin sözlərinə görə, o, prezident olacağı təqdirdə Ukraynadakı ağır vəziyyəti tez bir zamanda həll edə biləcək.

Bir müddət əvvəl ABŞ-nin keçmiş lideri bəyan etmişdi ki, hazırki prezident Co Bayden ona qarşı müəyyən işləri qaldırmaqla seçkilərdə qalib gəlməyə çalışır.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Seçki   ABŞ  





Xəbər lenti