Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

   Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi
  07 İyun 2024    Oxunub:545
Maksat Mamıtkanov Qırğızıstanın Azərbaycandakı səfiri təyin edilib.
AzVision.az bu barədə Qırğızıstan mətbuatına istinadən xəbər verir.

Verilən məlumata görə, müvafiq sərəncamı Prezident Sadır Japarov imzalayıb.

Diplomatik nümayəndəliyin keçmiş rəhbəri Kayrat Osmonaliyev prezidentin digər sərəncamı ilə tutduğu vəzifədən azad edilib. O, 2021-ci ilin iyununda Azərbaycana səfir təyin olunub.

AzVision.az




Teqlər:





Xəbər lenti