Sumqayıtda 29 yaşlı oğlan qətlə yetirildi - Saxlanılan var

   Sumqayıtda 29 yaşlı oğlan qətlə yetirildi -    Saxlanılan var
  09 İyun 2024    Oxunub:801
İyunun 9-da saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Nicat Bayramovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Nüsrət Həsənəlilinin şəhərin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nüsrət Həsənəlili iş üzrə şübhəli şəxs qismində tutulub.
***
İyunun 9-da saat 03:00 radələrində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 1995-ci il təvəllüdlü Bayramov Nicat Əlövsət oğlunun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Nüsrət Anar oğlu Həsənəlili polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti