Azərbaycanda azyaşlı çipsdən zəhərlənib ölüb?

   Azərbaycanda azyaşlı çipsdən zəhərlənib ölüb?
  10 İyun 2024    Oxunub:633
Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, hadisə Qobustanda baş verib.

Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sorğu ünvanladıq.

AQTA-dan araşdırma başladıldığı bildirilib:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

AzVision.az


Teqlər:





Xəbər lenti