“Çövkən” üzrə Dünya Çempionatına start verildi -  Video

   “Çövkən” üzrə Dünya Çempionatına start verildi -   Video
  10 İyun 2024    Oxunub:819
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində baş tutan “Çövkən” üzrə Dünya Çempionatının açılış mərasiminə start verilib.
AzVision.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Azərbaycan Respublikası Atçılıq Federasiyasının birinci vitse-prezidenti Bəsirət Quliyev, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev və digər qonaqlar iştirak ediblər.

Dünya çempionatında Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistan komandaları mübarizə aparacaqlar.

Rəsmilərin çıxışından sonra dünya çempionatının iştirakçılarının paradı gerçəkləşib. Ardından oyunlara start verilib.














Şəhanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti