Ceyhun Bayramov Almaniyaya gedib

   Ceyhun Bayramov Almaniyaya gedib
  10 İyun 2024    Oxunub:653
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Almaniyaya işgüzar səfərə yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfər çərçivəsində nazirin 11-12 iyunda Berlin şəhərində keçiriləcək Ukrayna Bərpa Konfransında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

AzVision.az



Teqlər:





Xəbər lenti